Ölkə 12:25 29.01.2019

3 azərbaycanlı Belçikadan deportasiya olundu

Belçika Krallığından azərbaycanlılar Nəsibov Sənan Cəfər oğlu, Salahov Səlahəddin Sabir oğlu İsayeva Nazilə İsa qızı deportasiya olunublar.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, azərbaycanlılardan biri Azərbaycan, biri Özbəkistan, digəri isə Ukrayna vətəndaşıdır.

Onların deport olunmasına səbəb yaşamaq izni ilə bağlı müraciətlərində yerli qanunvericiliyin tələblərinə ciddi əməl etməmələridir. Belə ki, müraciət edən azərbaycanlılar miqrasiya nümayəndələrinə yanlış məlumat veriblər.