İdman 16:51 17.12.2017

3 Super Liqa klubu millimizin üzvünü transfer etmək istəyir

"Bursaspor" milli komandamızın üzvü Dəniz Yılmazla yollarını ayırır. 

Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, dünən "Trabzonspor"la oyuna aparılmayan futbolçu klub rəhbərliyinin və azarkeşlərin qəzəbinə tuş gəlib.

Belə ki, "Adanaspor"la kubok oyunundan sonra tənqid olunan Dəniz vəkili vasitəsi ilə kluba xəbərdarlıq məktubu göndərərək 1milyon lirəlik borcunu tələb etmişdi. Rəhbərlik məcburiyyət qarşısında qalaraq bir gün ərzində onun borcunu taparaq ödəmişdi. Bu isə həm klub rəhbərliyinin, həm də azarkeşlərin qəzəblənməsinə səbəb olub.

Rəhbərlik qış fasiləsində onu yola salmaq istəyir. Dənizin "Bursaspor"la 2019-cu ilədək müqaviləsi var. Anlaşmaya əsasən o, cari mövsümdə 1 milyon 640 min lirə maaş və 26 min 764 lirə matçbaşı almalıdı. Gələn mövsüm üçün isə 1 milyon 900 min lirə maaş və 29 min 414 lirə matçbaşı nəzərdə tutulub. Bursa klubu onunla yollarını ayırmaqla həm də bu yükdən qurtulmaq istəyir.

Artıq Dənizi 3 Super Liqa klubunun heyətinə qatmaq istədiyi bildirilir. Lakin həmin klubun adı açıqlanmır.

Qeyd edək ki, millimizin futbolçusu bu mövsüm "Bursapor"un heyətində 7 rəsmi oyuna çıxaraq 547 dəqiqə oynayıb və kubokda 2 qol vurub.