Texnologiya 12:32 14.08.2018

30-dan çox uşaq seçki nəticələrinə müdaxilə etdi

ABŞ-ın Las Veqas şəhərində "Defcon" "hacking" konfransı keçirilib.

Qaynarinfo USA Today-ə istinadən xəbər verir ki, hər il yetkin şəxslərin iştirak etdiyi konfransa bu dəfə azyaşlılar qatılıb. Yaşları 8-16 aralığında olan 50 uşaq seçki ilə əlaqədar 13 saytı sındırmağa cəhd edib. 11 yaşlı yeniyetmə Emmett Bruer 10 dəqiqə ərzində Florida Dövlət Katibinin saytını sındıraraq seçki nəticələrini dəyişdirib. Digər 11 yaşlı qız isə 15 dəqiqə ərzində bu işin öhdəsindən gələ bilib. Ümumilikdə 30-dan çox uşaq seçki nəticələrinə müdaxilə etməyə müvəffəq olub. 

Qeyd edək ki, konfrans ABŞ seçki sistemindəki ciddi təhlükəsizlik problemini gündəmə gətirib. Seçkilərin nəticələrinin uşaqlar üçün belə əlçatan olduğu vurğulanıb və məsələ ciddi tənqid hədəfinə çevrilib.

Gülşən