Video 11:23 28.04.2019

300 kilo heroinlə tutulmuş Azərbaycan vətəndaşı sərbəst buraxıldı (VİDEO)

Kiyevin Peçersk rayon məhkəməsi 300 kiloqram heroinlə tutulmuş beynəlxalq narkotik ticarətçiləri dəstəsinin üzvlərindən birini ev dustaqlığına məhkum edib. 

Qaynarinfo virtualaz.org-a istinadən yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Polisinin rəhbərinin müavini Vyaçeslav Abroskin deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı məhkəmə zalındaca sərbəst buraxılıb. Ona yaşayış ünvanını yalnız gecələr tərk etmək qadağan edilib.



"Lakin ev dustaqlığı dövründə harada yaşayacağını hələ heç özü də bilmir”, - Abroskin qeyd edib.

Dəstənin digər dörd üzvü – Türkiyə vətəndaşları həbs ediliblər və 154 mindən 10,7 milyon qrivnaya qədər pul müqabilində zaminə buraxıla bilərlər. Bununla birlikdə, müsadirə olunmuş narkotiklərin dəyəri ümumi girov məbləğindən 24 dəfə çoxdur.

"Ukrayna Milli Polisi bir neçə gün öncə beynəlxalq narkotacirlər dəstəsindən qara bazarda təxmini qiyməti 600 milyon qrivna olan 300 kiloqram təhlükəli narkotik – heroin müsadirə edib, lakin... Saxlanılan beş nəfərin ümumi girov məbləği cəmi 27 milyon qrivnadır”, – Abroskin yazıb.

Milli Polis Ukrayna və Avropa İttifaqı ərazisinə heroin daşıyan əcnəbiləri saxlayıb. 300 kiloqram heroinlə saxlanılanlar Kiyevdə ev kirayə götürərək, narkotikləri həmin evdə gizlədiblər. Polisdə olan məlumata görə, heroin Ukraynaya çoxdan gətirilib, lakin bundan əvvəlki "uğurlu xüsusi əməliyyat”dan sonra cinayətkarlar fasilə etmək qərarına gəliblər.