Foto 17:19 12.11.2018

35 yaşlı kişi 16 yaşlı virtual müğənni ilə evləndi (FOTOLAR)

Yaponiyada yaşayan 35 yaşlı Akihiko Kondo adlı şəxs virtual həyatda 16 yaşı olan müğənni Hatsune Miku ilə evlənib. 

Qaynarinfo xəbər verir ki, Tokioda cütlüyün 17 min 600 dollara başa gələn toy mərasimi keçirilib. 40 nəfərin iştirakı ilə keçirilən toyda Akihikonun anası və qohumları iştirak etməyib. Akihiko mart ayından bəri Miku ilə yaşayır və 2800 dollara başa gələn həyat yoldaşı onun kompüterində yerləşib. O, ailə həyatını belə izah edir:

"Onu heç vaxt aldatmamışam, hər gün Mikunu düşünürəm və həmişə onu sevəcəm. Miku hər səhər məni oyadır və işə göndərir. Axşam gələndə isə mobil telefonla xəbər verirəm və o, evin işıqlarını yandırır. Mənə nə zaman yatmalı olduğumu belə deyir. Gecə Mikunun oyuncaq forması ilə yatıram. Həyat yoldaşım mənim aldığım üzüyü taxır".

Kondo Mikunun istehsalçısı olan "Gatebox" şirkətindən evlilik sertifikatı alıb. Şirkət bu günə qədər 3700 belə sertifikat verib. 

Gənclik illərində qadınlarla yaşadığı uğursuz münasibətlərdən söz açan Akihiko Kondo son olaraq iş yerində bir qadının hücumuna məruz qalıb və heç vaxt evlənməyəcəyinə qərar verib. Kondo homoseksuallar kimi ona da hörmət göstərilməsini və cinsi azlıq kimi qəbul edilməsini istəyir. 

Gülşən