Dünya 10:21 15.08.2020

36-cı gün: Xabarovsklular bu dəfə yürüşə "Yaşasın Belarus!" şüarı ilə çıxdı

Xabarovsk sakinləri bölgənin keçmiş qubernatoru Sergey Furqala dəstək mitinqində "Yaşasın Belarus!" şüarı qaldırıblar.

Qaynarinfo xəbər verir ki, artıq 36 gündür ki, bölgədə kütləvi aksiyalar keçirilir.

Furqal iyulun 9-da 2004-2005-ci illərdə baş vermiş cinayətlərin təşkilində ittiham edilib. Məhkəmə ilin sonuna kimi, yəni törədilən cinayətin müddətinin bitməsinə qədər hökm çıxartmağı bacararsa, keçmiş başçı ömürlük həbs cəzası ilə üz-üzə qalacaq.

Belarusda isə avqustun 10-da 26 ildir hakimiyyətdə olan prezident Aleksandr Lukaşenkonun seçkilərdəki qələbəsindən sonra kütləvi aksiyalar başlayıb. Nümayiş ilk günlərdə amansızlıqla dağıdılıb, yeddi mindən çox insan nəzarətə alınıb.
 
Alpər