İdman 11:59 21.01.2019

4 argentinalı futbolçu Boliviyada öldü

Boliviyada baş verən avtobus qəzasında 4 argentinalı futbolçu həlak olub.

Qaynarinfo Al Jazeera-yə istinadən xəbər verir ki, avtobus dağ yolundan uçuruma aşıb. Sieneqilyas ərazisində baş verən qəzada 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
 
Həlak olanların 4-ü, yaralıların isə 6-sı futbolçudur. Ölənlər Argentinanın "Sikles Klub Lavalye” həvəskar futbol komandasının oyunçuları olub. İdmançılar Sukre ərazisində baş tutacaq festivalda iştirak etmək üçün Boliviyaya səfər ediblər.

Gülşən