Dünya 17:45 15.03.2018

4 ölkədən Rusiya əleyhinə ortaq bildiriş

Fransa, Almaniya, Britaniya və ABŞ Rusiya əleyhinə ortaq bildiriş yayımlayıb.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsində Rusiyanı ittiham edən ölkələr bu hadisəni hamının təhlükəsizliyi üçün təhdid adlandırıblar.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova isə İngiltərənin hadisə ilə bağlı ətraflı məlumat vermədiyini və sui-qəsd cəhdini işıqlandıracaq faktların təqdim edilmədiyini bildirir.

Qeyd edək ki, Rusiyanı Skripala qarşı sui-qəsddə ittiham edən İngiltərə 23 rus diplomatın deportasiyası barədə qərar qəbul edib. Rusiya da ingiltərəli diplomatların qısa zaman ölkədən deportasiya ediləcəyini açıqlayıb.

Gülşən