Sağlamlıq 16:06 25.06.2018

4 növ xərçəngin qarşısını alan dərman tapıldı

Oreqon Elm və Səhiyyə Universitetindən olan alimlər 4 növ xərçəngin yayılmasının qarşısını alan dərman hazırlaya bilib.

Qaynarinfo xəbər verir ki, "KBU2046" adlı dərman döş, prostat, qalın bağırsaq və ağciyər xərçənginin inkişafının qarşısını alır. Preparat hər 4 xərçəngə sahib siçanlar üzərində sınaqdan keçirilib. "KBU2046" adlı maddənin metastatik xərçəngin yayılmasının qarşısını aldığı ortaya çıxıb. Alimlər həmçinin istifadə zamanı dərmanın kənar təsirlərini minimuma endirməyə nail olublar. 

Tədqiqata rəhbərlik edən professor Raymond Berqan bildirir ki, dərmanın prinsipi "HSP90β" zülalının fosforlaşmasında dəyişikliyə nail olmaqdır. "KBU2046" xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır, lakin xərçəng hüceyrələrində dəyişikliyə səbəb olmur. Beləliklə, erkən diaqnozda xəstələrin həyatını xilas etmək mümkün ola bilər.

Alimlər gələcəkdə maddənin insanlar üzərində sınaqdan keçirilməsi və effektiv olmasına ümid edirlər.

Gülşən