Dünya 17:30 14.09.2018

4 yaşlı uşağı xilas edən "hörümçək adam" artıq Fransa vətəndaşıdır

Parisdə balkondan asılı qalan və yıxılmaq təhlükəsi ilə üz-üzə olan 4 yaşlı uşağı xilas edən Malidən olan miqrant Mamoudou Qassamaya Fransa vətəndaşlığı verilib.

Qaynarinfo xəbər verir ki, may ayında baş verən hadisə zamanı Qassama binaya dırmaşmış və uşağı xilas etmişdi. Sosial şəbəkədə yayılan video dünyada böyük səs-küyə səbəb olmuşdu. Daha sonra ölkədə yaşamaq icazəsi əldə edən "hörümçək adam" ləqəbli Mamoudou artıq Fransa vətəndaşıdır.

Qeyd edək ki, Qassamanın qəhrəmanlığından sonra o, Fransa prezidenti Emmanuel Makronla görüşmüş və ona vətəndaşlıq vədi verilmişdi.

Gülşən