Dünya 18:28 30.05.2018

42 min insan vətəndaşlıqdan imtina edib: hamı Avropya köçür

Kosovada 1998-ci ildən bəri 42 min nəfər vətəndaşlıqdan çıxmaq üçün müraciət edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, iqtisadi çətinlik, işsizliklə üzləşən vətəndaşlar çarəni Avropa ölkələrinə köçməkdə görür. Kosova daxili işlər nazirinin müavini İzmi Zəka bu ilin ilk 4 ayında vətəndaşlıqdan çıxmaq istəyən şəxslərin sayının 20% artdığını, 42 min nəfərə çatdığını bildirib. Bu rəqəm 2013-cü illə müqayisədə 18 dəfə artıb. Son aylarda 1500 nəfər ölkəni birdəfəlik tərk etmək üçün bələdiyyəyə müraciət edib. 

Mağaza sahibləri satışın günbəgün daha da azaldığını, çarənin xarici investorların ölkəyə gəlməsi olduğunu deyir. Çin mallarının Kosova bazarında özünə yer tutması yerli istehsalçıların vəziyyətini daha da çətinləşdirib. 

Prizsendə yaşayan vətəndaşlardan Hilmi Kitmir bildirir ki, bir çox yerdə iş axtarıb, lakin onun bu cəhdi uğursuzluqla nəticələnib. Buna görə də çarəni hər gün Şadırvan meydanında şar satmaqda tapıb. Lakin Kitmir gələcəyə ümid bəslədiyini qeyd edir.

Gülşən