Dünya 17:14 18.04.2019

467 faşist axtarılır

Almaniyada 467 neonazi barədə həbs qərarı verilib.

Qaynarinfo xəbər verir ki, 467 irqçi barədə 600 həbs qərarı mövcuddur. Həmin şəxslərin 12-si irqçi zorakılıqda, 98-i siyahi fəaliyyətinə görə, digərləri isə oğurluq, təhqir, fırıldaqçılıqda günahkar bilinir. 

4 il əvvəl axtarışa verilən neonazilərin sayı 253 idi, ötən il isə 467-yə yüksəlib. Gələn ay yeni statistika açıqlanacaq.

Gülşən