Dünya 16:58 21.02.2019

5 gündə 500 min dollar xərclədi

Sasseks hersoginyası Meqan Markl xərclədiyi böyük məbləğlə İngiltərə mediasının gündəmindədir.

Qaynarinfo xəbər verir ki, 7 aylıq hamilə hersoginya ötən günlərdə Nyu Yorkda doğulmamış körpəsi üçün "Baby shower" əyləncə günü təşkil etmişdi. 5 gün davam edən əyləncə 500 min dollara başa gəlib. Hersoginya yığıncağın keçirildiyi xüsusi otaq üçün 150 min, 5 gün qaldığı "The Mark Hotel"ə 10 min, mühafizəçilərə 14 min dollar ödəyib.
 
Marklın qonaqları arasında tennisçi Serena Vilyams, aktrisa Amal Kluni də yer alıb. Dostların "The Polo Bar" yedikləri yeməyin qiyməti 420 dollardır. Onun xüsusi təyyarə ilə həyata keçirdiyi London-Nyu York, Nyu-York-London səfərləri 250 min dollara başa gəlib. 

Qeyd edək ki, ötən il Şahzadə Harri ilə ailə həyatı quran Meqan Marklın bu addımı Kral ailəsinin qaydalarını pozmaq kimi qiymətləndirilir. Hersoginya sərbəst davranışı, qaydalara məhəl qoymaması ilə tez-tez medianın gündəminə düşür.

Gülşən