Video 11:20 19.10.2020

5 ildir övlad istəyən çavuş 3 uşaq atası olduğunu cəbhədə öyrəndi (VİDEO)

Cəbhədə döyüşən hərbçimiz Nadir İbadov 5 ildən sonra üçəm atası olub. O, bu barədə xəbəri elə cəbhədə olarkən alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AzTV reportaj hazırlayıb. 

Bildirilir ki, həmin çavuş iki oğlan, bir qız atası olub. Qəhrəman döyüşçülərimizin şərəfinə oğlanlara Polad və Mübariz, qıza isə Mehriban adı verilib.