5 ulduzlu həbsxana (FOTOLAR)

5 ulduzlu həbsxana (FOTOLAR)

Səudiyyə Ərəbistanında həbs edilən şahzadələrin görüntüləri yayımlanıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 5 ulduzlu "Ritz Carlton" otelində çəkilmiş və həbs edilən şahzadələrə aid olduğu iddia edilən görüntülər sosial mediada yayımlanıb. Görüntülərdə şahzadələr yer yataqlarında yatırlar və onların ətrafında silahlı keşikçilər var. 

Qeyd edək ki, ölkədə həyata keçirilən rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə əməliyyatı nəticəsində 11 şahzadə, 4 nazir, onlarla sabiq nazir həbs edilib. 

Gülşən
Qaynarinfo.Az

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR