Dünya 17:18 18.03.2019

50 il əvvəl ölmüş qoç ata oldu

Avstraliyada 1970-ci illərdə ölmüş Ser Freddi adlı qoç ata olub.

Qaynarinfo xəbər verir ki, qoçun 50 il əvvəl dondurulmuş spermaları ilə 56 qoyun mayalandırılıb və 34 hamiləlik qeydə alınıb. Beləliklə, Ser Freddi sperması məhv olmadan ən uzun müddət saxlanılan canlı kimi tarixə düşüb. 
Bildirilir ki, 50 illik spermada hamiləlik ehtimalı 61%, yeni spermalarda isə 59% olub.

Qeyd edək ki, layihəyə 1968-ci ildə Sidney Universiteti tərəfindən start verilib.

Gülşən