Texnologiya 22:24 23.11.2018

50 ölkədə 2 mindən çox kompüterə virus salan haker tutuldu

Ukrayanın Lvov vilayətinin sakini 50 ölkədə 2 mindən çox kompüterə virus salıb.

Qaynarinfo xəbər verir ki, Ukrayna Milli Polisi xüsusi əməliyyat keçirməklə həmin şəxsi saxlayıb.

42 yaşlı adı açıqlanmayan haker "trojan” antivirus proqramına virus yerləşdirib və onun müştəri versiyasını paylaşıb. Hakerin yaşadığı mənzildə axtarış aparılıb, istifadə etdiyi texnika ekspertizaya göndərilib. 

Faktla bağlı cinayət işi açılıb.