Dünya 14:30 06.07.2020

50 milyon insanın ölümünə səbəb olan qara vəba yenidən yayıldı

Dünyada koronavirus pandemiyasının davam etdiyi bir dövrdə Çinin Daxili Monqolustan Muxtar Bölgəsində qara vəba xəstəliyi yayılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Bayannur şəhərində üçüncü səviyyə həyəcan elan edilib. Vəziyyətin il sonuna qədər bu səviyyədə qalacağı deyilir.

Xəstəliyin marmot ətinin yeyilməsi səbəbindən ortaya çıxdığı qeyd olunur.

Şəhər rəsmiləri əhaliyə xəstəliyin yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görmək və infeksiyanın yaranmasına səbəb ola biləcək heyvanların ovlanmaması barədə xəbərdarlıq ediblər.

Çin və Monqolustanın bəzi yerlərində çöl siçanlarının 1911-ci ildə 63 min insanın ölümü ilə nəticələnən pnevmanik vəba epidemiyasının yayılmasına əbəb olduğuna inanılır.

Qeyd edilir ki, may ayında sağlamlığa xeyirli olduğu düşünülən dağ siçanlarının böyrəyini çiy-çiy yeyən bir cütlük həyatını itirib.

Camal