Dünya 13:50 22.03.2019

50 müsəlmanın qatilinə ömürlük həbs veriləcək

Yeni Zellandiyanın "Christchurch" şəhərində ötən cümə məscidə hücum edərək 50 nəfəri qətlə yetirən Brenton Tarrant azadlıqdan ömürlük məhrum ediləcək.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, bu fikirləri ölkənin Xarici İşlər Naziri Vinston Piters İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının iclasında çıxışı zamanı səsləndirib. Nazir həmçinin terror aktının Yeni Zellandiyanın ən böyük istintaq işinə təkan verdiyini açıqlayıb.

Qeyd edək ki, həbsdə olan Brenton Tarrantın növbəti məhkəməsi 5 apreldə keçiriləcək.

Gülşən