Zaur Əliyev
Siyasət 21:00 09.05.2021

500 min yəhudinin qatili erməni Salasyan

Fotoda Macarıstanda Alman faşizminin təyin etdiyi "milli lider "Ferens Salaşidir. Solda onun rəhbər olduğu anın və bu rəhbərliyə gəlmək üçün alman faşizminin gözünə girmək üçün öldürdüyü 500 mindən çox yəhudinin meyidləri yanında çəkdirdiyi fotolarıdır.  
 


Bu şəxsin əsl soyadı Salosyandır. Babası  Macarıstan ərazisinə köçmüş ermənidir. Atası Avstriya Macarıstan ordusunda xidmət edib. Buna görə də soyadını Salosyandan Salaşi edir. Ferens özü 1933-cü ilə qədər hərbidə olur, mayor rütbəsi ilə ordan uzaqlaşıb siyasətlə məşğul olur. Özünə partiya yaradır. Siyasətdə radikal mövqe tutduğu üçün dəfələrlə həbs edilir. 

Hitlerə böyük rəğbəti olduğu və yəhudilərə nifrəti ilə seçilir.
Daşnaksütyunla birbaşa əlaqəsi olan Ferens Salaşi  1930-cu illərin ortalarında erməni partiyası ilə  Üçüncü Reyx rəhbərliyi arasında əlaqə qurulmasına maraqlı adamlardan biri olur.  Hətta Alman ordusunda erməni legionun yaradılması ideyasına dəstək verən Salaşi faşist zabitlərindən ermənilər üçün iş də tapmış idi:

"Erməni əsgərlərinin çoxundan yenicə istila edilmiş torpaqlarda polis birləşmələri kimi istifadə olunurdu. Erməni əsgərlərə casusluq edərək almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi".
 


Salaşinin yəhudilərə nifrəti o qədər çox idi ki, o Hitlerə yazırdı 
"Yəhudilər fanatik milliyyətçi və irqçiliyin doqmatikləridir; onlar yaşadıqları yerlərdə, irqlərinin davamını təmin etmək üçün dünya vətəndaşı rollarına girirlər. Eynilə ingilislərin başqa ölkələri işğal üçün döyüş gəmilərini istifadə etdikləri kimi, yəhudilər də silah olaraq beynəlxalq hüququ və kommunizmi istifadə edirlər”.
Hitler onun sədaqətini yüksək qiymətləndirir və faşist Almaniyasının sonucu dostluq paktı məhz onun təsiri ilə 16 oktyabr 1944-cü ildə hakimiyyətə  gətirdiyi Salaşi dikatorluğu, yaxud Milli birliyin hökuməti arasında olur. 
Salaşi "milli lider " təyin ediləndən sonra SSRİ-ilə imzalanan atəşkəsi pozaraq müharibə elan edir və bir ay ərzində Macarıstanda yaşayan 500  mindən çox yəhudini soyqırıma məruz qoyur. Alman faşistlərindən fərqli olaraq Salaşi heç bir yəhudiyə rəhm etmirdi.

O illərdə Macarıstanda yerləşən Britaniya səfirliyinin  nümayəndəsi Jeyms Lins Londona yazdığı məktuba qeyd edirdi " bu macar kimi özünü aparan erməni Salaş Hitler Almaniyası ilə sıx əlaqə quracaq və onun dediklərini icra edəcək"
Macar professoru Nimedi qeyd edirdi ki, Salaşi erməni Daşnaksütyun partiyasının Budapeşt filialının kuratoru olub uzun illər. 

Sovet ordusu Macarıstanlı azad edəndən sonra erməni Ferens Salaşini meydanda asır..

Dosent Zaur Əliyev