Maqazin 10:08 22.01.2019

51 yaşlı əməkdar artist ərə gedəcək

Əməkdar artist Mehriban Xanlarova "Şou ATV” proqramında maraqlı açıqlama verib. 

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, bu günədək ailə qurmayan, övladı olmayan aktrisa 1 il müddətində şəxsi həyatında dəyişiklik edəcəyini qeyd edib. 

M. Xanlarova bildirib ki, onu sevən şəxslərdən birinə "hə” deyərək ailə quracaq: "Allahın köməkliyi ilə ailə quracam, 1 il müddətində övlad sahibi olacam. Söz verirəm”. 

Qeyd edək ki, M. Xanlarovanın 51 yaşı var.