Texnologiya 13:56 08.04.2020

5G stansiyalarının koronovirusu yaymasıyla bağlı professordan açıqlama

"Düşünürəm ki, 5G-ni də sadəcə versiya olaraq qəbul eləmək lazımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla  koronavirusun yayılmasında 5G stansiyalarının rolunu şərh edərkən deyib. Professorun fikrincə, virusu dayandıran, inkişafını artıran və sürətləndirən istiqamətdə versiyalar çoxdur:

"Ümuniyyətlə, çoxsaylı iddialar var. Hər halda koronavirus pandemiyası cox uzun sürən bilməz. Təxminən iki aydan sonra bu virus olmayacaq. İrəli sürülən iddialar, fikirlər və virusun müalicəsi ilə bağlı fikirlər elmi araşdırmalar tələb edir və konkret olaraq bununla bağlı iddialar ortaya çıxacaq. Əsas məsələ ondan ibarətdir ki, bu virusdan sonra Ümumdünya Səhiyyə Təşkilatı ilə müvafiq təşkilatlar lazımi konsepsiyalar ortaya qoysun. Yəni, gələcəkdə dünyanın bu cür sürprizlərlə üzləşmə ehtimalı böyükdür".

Adil Qeybulla qeyd edib ki, dünya hər il yeni-yeni viruslarla üzləşə bilər:

"Söhbət tək koronavirusdan getmir. Respirator və başqa təhlükəli viris infeksiyaları var. Bu məsələdə virusoloqların, geoloqların, genetiklərin qarşısında çox mühim işlər durur. Bu istiqamətdə elmi araşdırmalara ehtiyac var. Düşünürəm ki, bu cür məsələlər ki, ortaya atılıb, bunlar birmənalı sübut üçün deyil. Çünki bunlar qısa müddətdə ortaya atılıb. Bu baxımdan düşünürəm ki, 5G-ni də versiya olaraq qəbul eləmək lazımdır". 
Qeyd edək ki, 5G texnologiyaların koronavirusun yayılmasına səbəb olması ilə bağlı iddialar irəli sürülüb. Belə ki, Böyük Britaniyanın Ofcom və Uckfield FM radio stansiyaları ekspertlər vasitəsilə açıqlama yayıb. 5G stansiyaların pandemiyanın əhatə dairəsini genişləndirəcəyi ifadə edilib.

Bahar Rüstəmli