Xəbər lenti

6 ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
Ölkə 11:37 18.03.2026

6 ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) satınalma komissiyasına yeni sədr təyin olunub. 

Qaynarinfo-nun məlumatına görə, ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Əliyevin müvafiq əmri ilə İnstitutun İnzibati işlər üzrə prorektoru  Röyal Süleymanov sözügedən vəzifəyə gətirilib. 

Qeyd edək ki, Röyal Süleymanov 2025-ci ilin sentyabrından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inzibati işlər üzrə prorektoru təyin olunmuşdu. 

Aydın
--> -->