Ölkə 19:24 04.08.2015

6 uşağı və qadını parçaladılar - Dəhşətli qətl

Rusiyanın Nijni Novqorod vilayətinin Nijeqorod rayonundakı mənzillərdən birində 6 uşaq və bir qadının parçalanmış meyitləri aşkarlanıb. Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, öldürülənlərin cəsədi avqustun 4-də Moskva vaxtı ilə saat 12-yə yaxın aşkar olunub. 

Məktəb yaşına qədər olan uşaqlar və qadın parça-parça ediliblər. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Qonşular deyiblər ki, ailə başçısını hadisədən əvvəl görüblər və o, naməlum istiqamətə gedib.

Qaynar.info