Texnologiya 17:35 11.06.2018

60 min robot işə götürülür: insanları əvəzləyəcəklər

Robotlar insanların yerini almağa başlayıblar. 

Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük şirkətlərindən birində başlayan bu prosesin necə nəticələnəcəyi hələ sual altındadır. 

Belə ki, "Apple"ın əsas şirkətlərindən olan "Foxconn" Çindəki fabrikində 60 min nəfərlik iş yeri yaradacaq. Lakin burada yalnız robotlar işləyəcək.
 
"South China Morning Post" qəzetinin xəbərinə görə, bu hələlik yalnız bir fabrikdə yaradılacaq. Bu addım Tayva şirkətinin o bölgədəki kiçiltmə əməliyyatlarının ilki hesab edilir. "MarketWatch" saytında yer alan bir analizə görə, önümüzdəki dövrdə 600-ə yaxın şirkət işçilərini robotlarla dəyişdirəcək.