Foto 15:16 19.11.2018

65 ölkənin seçimi, 20 ilin sınağı - “BergHOFF”

Uzun illərdir axtardığınız, keyfiyyətinə inandığınız  mətbəx əşyalarının, cehizlik qab-qacaqların, elektronika məhsullarının nömrə bir ünvanı olan Belçika brendi "BergHOFF”-un artıq Bakıda ikinci filialı müştərilərinin istifadəsinə verildi.
 
Qaynarinfo bildirir ki, Belçika Krallığının Azərbaycandakı səfirlik nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimi müştərilərin böyük sıxlığı və marağı ilə qarşılandı. Mağazada bir-birindən gözəl qab-qacaq dəstləri, qazan-tavalar, eleqant çəngəl-qaşıq-bıçaq dəstləri,fərqli mətbəx alətləri alıcılara endirim kampaniyaları ilə təqdim edildi.

Həmçinin "BergHOFF” mağazası ən yaxşı  müştərilərinə bahalı hədiyyələr də təqdim etdi.

Qeyd edək ki, "BergHOFF” 20 ildən çoxdur ki, 65-dən artıq ölkədə məşhurlaşmış bir dünya markasıdır. Dəfələrlə Beynəlxalq mükafatlara layiq görülmüş brend 1000-dən çox çeşidi ilə bütün arzularınızı gerçəkləşdirir. Markanın əsas missiyası isə ekoloji uyğunluq, keyfiyyət və yüksək səviyyəli dizayndan ibarətdir. 

ÜNVAN:  Bakı şəh. N.Nərimanov M/S yaxınlığı. Ə.Rəcəbli 3 
ƏLAQƏ:  012 564- 04- 75