İdman 15:35 31.01.2018

68 milyon avroluq transfer rəsmən açıqlandı

Pyer-Emerik Aubameyanq Dortmund "Borussiya"sından "Arsenal"a transfer olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı az öncə açıqlama yayıb.

Bildirilib ki, "Arsenal" və "Borussiya" qabonlu futbolçunun transferini razılaşdırıb. Müqavilənin detalları və ödəniləcək məbləğ barədə məlumat verilməyib. Amma "Arsenal"ın bu keçidə görə "Borussiya"ya 68 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, "Borussiya" Aubameyanqı 2013-cü ildə "Sent-Etyenn"dən 13 milyon avroya alıb. Qabon millisinin üzvü alman klubunda indiyədək 212 oyun keçirərək 172 qol vurub.