Ölkə 13:50 05.07.2015

70 didərginə təmənnasız səyyar tibbi xidmət göstərildi

Sumqayıt şəhərində məskunlaşan bir qrup Kəlbəcər rayonundan olan məcburi köçkün təmənnasız müayinə edilib.

Qaynar.info xəbər verir ki, “Azercell” şirkətinin Göz və diş klinikasının həkimləri tərəfindən “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyinin layihəsi çərçivəsində pulsuz olaraq vətəndaşlara tibbi müayinə təşkil edirlər.

Bu günə kimi 70 nəfərdən artıq məcburi köçkün səyyar qaydada keçirilən humanitar aksiyadan faydalanıb. 

Qeyd edək ki, iyulun 1-dən start götürən sözügedən aksiya bu ayın 25-nə kimi davam edəcək. 

Məcburi köçkünlər belə qayğı və diqqətə, humanist addıma görə  “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyinin sədri Tofiq Teymurova, klinikanın tibbi layihələr üzrə meneceri Lalə Mahmudovaya, “Azercell” Göz və diş klinikasının həkim-oftalmoloqu Günel Xalıqverdiyevaya, həkim-stomatoloq Mahirə Musayevaya, klinikanın tibb bacısı Səyyarə Səmədovaya, sürücü Elçin Ələkbərova, layihənin rəhbəri Gültəkin Məmmədovaya və Natiq Rəfiyevə təşəkkürlərini bildiriblər.

Qaynar.info