“70 illiyində Natavan xanımı ana televiziyamızın həyətinə belə buraxmadılar...”

“70 illiyində Natavan xanımı ana televiziyamızın həyətinə belə buraxmadılar...”

Xəbər verdiyimiz kimi dünən əməkdar artist, tanınmış diktor Natavan Hacıyeva dünyasını dəyişib. N.Hacıyevanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. 

Tanınmış diktor, əməkdar artist Nailə İslamzadə moderator.az-a açıqlamasında Natavan xanımın ölümündən təəssüfləndiyini bildirib. N.İslamzadə deyib ki, Natavan xanım dünyadan narazı getdi və hazırda o, da dəfn mərasiminə gedir: 
 
"Natavan xanım kadrlar şöbəsindən qeydiyyatdan keçən televiziyamızda ilk diktorlarımızdandır. Amma o, gözü yolda qala-qala, narahat, narazı getdi dünyadan. Onun bu yay 76 yaşı tamam olacaqdı, amma 70 illiyində deyə bilərəm ki, Natavan xanımı ana televiziyamızın həyətinə belə buraxmadılar. 70 illiyi "Space” kanalında qeyd olundu və xalq artisti Faiq Sücəddinov dedi ki, "Bəs niyə Natavan xanımın yubileyini "Space” də qeyd edirlər?” Amma bu suala cavab verən olmadı. Hazırda mən də dəfn mərasiminə gedirəm”. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR