Ölkə 18:57 28.07.2018

700 bal toplamış abituriyentlərin adları məlum oldu (FOTO)

II və III ixtisas qrupu üzrə keçirilən imtahanların II mərhələsində 700 bal toplayan abituriyentlərin adları məlum olub.
 
Qaynarinfo həmin abituriyentlər haqda məlumatı sizlərə təqdim edir:

Əzim Əzimli - Ağcəbədi rayon Qaravəlli kənd tam orta məktəbinin məzunu. O, III qrup üzrə qəbul imtahanlarının birinci mərhələsində 683, ikinci mərhələsində isə 700 bal toplayıb.
 

 
Nərmin İsmayılova- Şəki şəhəri, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyini bitirib. İlk imtahanda 690 bal toplayıb.

 
Selcan Məmmədli Gəncə şəhər 27 nömrəli məktəb-liseyin məzunu. III qrup üzrə 700 bal toplayıb.
 
 
II qrup üzrə 700 bal toplamış yeganə abituriyent isə Rəmzi Abıyevdir. O, Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunudur.
 
 
Qeyd edək ki, məlumatı Azərbaycan Universitetləri səhifəsi paylaşıb.