Ölkə 18:19 30.12.2019

8 hakimin səlahiyyətlərinə xitam verildi

Bu il səlahiyyətinə xitam verilmiş hakimlərin sayı məlum olub.

APA-nın məlumatına görə, Məhkəmə-Hüquq Şurasının növbəti iclasında bildirilib ki, hər bir hakim məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və etimadın möhkəmləndirilməsi üçün fəaliyyətində qanunçuluq, ədalət, qanun qarşısında bərabərlik, aşkarlıq və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etməlidir.

Tədbirdə həmçinin ali və apellyasiya məhkəmələrinin 8 hakiminin son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verildiyi bildirilib və onların məhkəmə sistemində uzunmüddətli fəaliyyətləri dəyərləndirilib.