Dünya 09:21 22.07.2013

8 yaşlı qız atasını şoka saldı

Vaxtının çoxunu komputer oyunları ilə keçirən qız internetdən etdiyi yükləmələrə 8 min dollar xərcləyib

İngiltərədə atasının "iPad”ində oyun oynayan 8 yaşlı qız, oyunu təkmilləşdirmək üçün yüklənilən proqramlara 6 gün ərzində 8 min dollara yaxın pul xərcləyib. Xarici mətbuatın verdiyi məlumata görə, İngiltərənin Somerset şəhərində yaşayan Li Neal vaxtının çoxunu komputer oyunları ilə keçirən qızının internetdən etdiyi yükləmələrə xərclədiyi pulun miqdarını öyrənəndə şoka düşüb.

Məlum olub ki, "Campus Life” və "My Horse” kimi oyunlar üçün alış-veriş edən Lili həqiqi puldan istifadə etdiyini başa düşməyib.

Qızının etdiyi səhvi düzəltməyə çalışan ata "Apple” ilə əlaqə qurub və yaşadığı problemi başa salmağa çalışıb. Uzun müzakirələrdən sonra "Apple” 8 yaşlı qızın etdiyi alış-verişi ləğv edib.

ANS PRESS