Dünya 17:14 06.02.2018

800 metrlik yolu bir gecədə oğurladı

Çində "Jiangsu" əyalətində qəsəbə yolunun 800 metrlik hissəsi yerindən sökülərək oğurlanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Sankeşu qəsəbəsinə gedən yolda beton təbəqə sökülərək oğurlanıb. Yolda çınqıl və torpağın qaldığını görən sakinlər dərhal rəsmilərə bu barədə məlumat veriblər. 

Polis tərəfindən tutulan Zhu adlı oğru qazma maşını kirayələyərək bir gecədə 500 ton beton oğurladığını və onu təxminən 800 dollara tikinti şirkətinə satdığını etiraf edib. Zhu yolun çox istifadə edilmədiyini görəndən sonra belə qərara gəldiyini bildirib.

Hadisə sosial mediada böyük marağa səbəb olub. 

Gülşən