Dünya 14:50 09.09.2017

8,1 ballıq zəlzələnin dəhşətli nəticəsi: 61 ölü, 200 yaralı

Meksikanın cənub sahillərində dünən baş verən 8,1 ballıq zəlzələ nəticəsində ölən və yaralananlar sayı artmaqda davam edir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu vaxta qədər 61 nəfərin öldüyü, 200 nəfərin yaralandığı deyilir. Oaxaka, Çiapas, Tabasko bölgələrində isə dağıntılar altında qalanların olduğu, buna görə də ölən və yaralananların sayının artacağı təxmin edilir.

Zəlzələdən sonra sunami proqnozu verilmiş, Sakit okeanda dalğaların hündürlüyü 1 metrə çatmışdı.

Qeyd edək ki, paytaxt Mexikoda 19 sentyabr 1985-ci ildə baş vermiş 8,1 bal gücündə zəlzələdə 6 min nəfər dünyasını dəyişmişdi.

Gülşən

Qaynarinfo.Az