Sənət 23:40 21.12.2016

82 yaşlı xalq artisti vəfat etdi

Rusiyanın xalq artisti, aktyor Vyaçeslav Şaleviç vəfat edib. Axşam.az-ın "Ria.ru"ya istinadən məlumatına görə, bu barədə Vaxtanqov teatrının direktoru Kirill Krok xəbər verib. 

"Ağır xəstəlikdən sonra Vyaçeslav indilərdə xəstəxanada dünyasını dəyişdi", - deyə Krok bildirib. 
 
82 yaşlı xalq artistinin halı dekabrın 1-də səhnədə olarkən pisləşib. 
 
Xatırladaq ki, 1958-ci ildən etibarən bir çox filmlərə çəkilən V.Şaleviç kinoda uğurlu rollar yaradıb. 1998-2011-ci illərdə R.Simonov adına Moskva dramatik teatrının rəhbəri olub.

Qaynarinfo.Az