Ekonomiks 20:00 17.11.2018

9 ayda əhali nə qədər qazanıb?

Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2% artaraq 43 871,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 4 471,1 manat təşkil edib.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 40 272,8 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% çox vəsait qalıb.