90 nəfər xlor qazından zəhərləndi

90 nəfər xlor qazından zəhərləndi

İraqda 90 nəfər xlor qazının sızması nəticəsində zəhərlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf Əl Bədr məlumat verib. Vasit əyalətinin Kut şəhərində sutəmizləyici stansiyada sızma baş verib və 90-ya yaxın şəxs zərər çəkib.

Hadisənin təxribat, yoxsa texniki problem səbəbilə baş verməsi bilinmir.

Qeyd edək ki, İraqda İŞİD terror təşkilatı hücumlarda xlor qazından istifadə edir.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR