Dünya 12:34 11.03.2013

97 yaşlı şahzadə öldü

İsveç şahzadəsi Lilian 97 yaşında Stokholmda dünyasını dəyişib.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Lilianın ölüm səbəbləri barədə dəqiq məlumat verilməsə də, onun uzun müddət Altsgeymer xəstəliyindən əziyyət çəkdiyi deyilir.

1916-cı ildə Uelsdə anadan olan Lilian 1976-cı ildə İsveç şahzadəsi Bertillə ailə qurub. 

Qaynar.info