Dünya 10:11 25.12.2018

Ağ Ev açıqladı: Tramp və Ərdoğan Türkiyədə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampı Türkiyəyə dəvət edib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezident aparatının özçüsü İbrahim Kalın açıqlamasında bildirib.

O, Trampın Ərdoğanla görüşə açıq olduğunu, lakin tarixin bəlli olmadığını deyib. Ağ Ev rəsmilərinin açıqlamalarına görə, Tramp gələn il Türkiyəyə səfər edəcəyini bildirib.

Qeyd edək ki, iki lider sonuncu dəfə 2017-ci ilin may ayında Ağ Evdə bir araya gəlmiş, həmçinin bu ay Argentinada gerçəkləşən G20 sammitində də 50 dəqiqəlik görüşmüşdülər.