Foto 16:26 25.01.2018

Ağ Ev qarışdı: Tramp 29 yaşlı işçisi ilə sevgilidir (FOTOLAR)

ABŞ prezidenti Donald Trampla bağlı ortaya daha bir iddia atılıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısının öz işçisi ilə gizli sevgili olduğu deyilir.

Bu iddia ilə Trampın Ağ Evdəki həyatı ilə bağlı yazdığı "Fire and Fury: Inside the Trump White House" adlı kitabla sensassiya yaradan Maykl Vulff çıxış edib. Onun sözlərinə görə, Tramp 29 yaşlı əlaqələr direktoru Hope Hikslə sevgilidir.

71 yaşlı Trampla 47 yaşlı birinci xanım Melaniya Trampın ayrı otaqlarda yatdığını açıqlayan Vulff prezidtlə xanımının arasına Hope Hiksin girdiyini deyib.

20 yaşlarında karyerasına "Ralph Lauren" markasının modeli olaraq başlayan, sonradan Trampın şirkətlərində məsləhətçi kimi fəaliyyət göstərən Hiks prezident ailəsinin ən etibarlı adamlarından biri hesab olunur. Modellikdən başşa bir dərginin üz səhifəsinə çıxan Hope Donald Trampla qızı İvanka Tramp vasitəsi ilə tanış olub. İvankanın bir şirkətində model kimi fəaliyyət göstərən hazırkı əlaqələr direktoru bir müddət sonra şirkətin məsləhətçisi təyin edilib. 

Hiks 2016-cı ildə ABŞ-dakı prezident seçkiləri zamanı seçki kampaniyasında Trampın əsas köməkçilərindən biri olub. Bu vəzifə üçün İvankanın şirkətindəki işindən ayrılan Hopk bütün gücünü seçki kampaniyasına həsr edib.