Fırtına ağacları kökündən çıxarıb
Kanadada fırtına 1 nəfərin ölümünə, 2 nəfərin də yaralanmasına səbəb olub. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Ontario əyalətində fırtına ağacları kökündən çıxarıb. Ağaclardan biri 21 yaşlı gənc qızın başına düşüb və nəticədə o, hadisə yerindəcə ölüb. 6 yaşlı uşaqla, 40 yaşlı bir qadının da ağır şəkildə yaralandığı bildirilib.
İldırım və ağacların aşması on minlərlə evə elektrik enerjisinin verilişinin dayandırılmasına səbəb olub.
Şərhlər