Video 22:43 20.04.2021

Ağac budağının içərisi ilə rezin boru yeridərək qaz xəttinə qanunsuz qoşuldu (VİDEO)

Qaz xəttinə qanunsuz müdaxilə üçün abonent heç kimin ağlına gəlməyən üsula əl atıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Birliyin əməkdaşlarının bu dəfə gördüklərinə inanmaq çətindir.

Belə ki, abonent ağacın budağının içərisi ilə rezin boru yeridərək qaz xəttinə qanunsuz olaraq qoşulub.

Məlumata görə, belə bir hala Azərbaycanda ilk dəfədir rast gəlinir.

Videonu təqdim edirik: