Ölkə 18:07 19.04.2019

Ağac kəsənə 2960 manat cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu A.Abbasov küçəsi 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib.

Qaynarinfo xəbər verir ki, araşdırma zamanı ağacların Sabunçu rayon sakini Rövşən Əkbərov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib və ona 2960 manat məbləğində cərimə tətbiq olunub.