Dünya 11:35 22.10.2020

AB Rusiyanı beynəlxalq hüquqa hörmətsizlikdə günahlandırdı

Rusiya və ABŞ Strateji Hücum Silahları Müqaviləsini (START-3) genişləndirməli və bu müqavilədə Çin də iştirak etməlidir.


Qaynarinfo xəbər verir ki, bu sözləri Avropa Parlamenti tərəfindən Aİ-nin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) fəaliyyətini nəzərdən keçirəcək konfransa hazırlıq çərçivəsində qəbul etdiyi qətnamədə deyilir.


Sənədə 641 avrodeputat səs verib, beşi əleyhinə olub, digər 47 nəfər bitərəf qalıb, - DW yazır. Mətndə qeyd olunur ki, yeni müqavilə "yerləşdirilən və yerləşdirilməyən strateji və taktiki nüvə silahı vahidlərinə” şamil edilməlidir. Çin də müqaviləyə qoşulmalıdır. Bundan əlavə, Orenburq bölgəsində yeni Avanqard raket sistemlərinin yerləşdirilməsi narahatlıq doğurduğu qeyd edilir.


O da vurğulanır ki, Rusiya Ukraynaya verdiyi "təhlükəsizlik zəmanətlərini" "tam olaraq" yerinə yetirmir. Bunlar 1994-cü ildə Rusiya, Ukrayna, Amerika Birləşmiş Ştatları və İngiltərə tərəfindən imzalanan "Budapeşt Memorandumu"nda yer almışdı.

 

Alpər