Dünya 09:14 25.11.2018

AB özünün kəşfiyyat servisini yaradır: casuslar yetişdiriləcək

Avropa Birliyi özünün kəşfiyyat idarəsini yaratmaq və casuslar hazırlamaq üçün akademiya açır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə artıq üzv dövlətlərdə razılaşma əldə edilib. Akademiyanın ilkin mərhələdə işlərini Yunanıstan və Kipr öz üzərinə götürəcək. Akademiya elektronik döyüş bacarıqları inkişaf etdirilmiş casuslar hazırlayacaq. Bu təlimlərdə üzv ölkələrin əməkdaşlığı artırılacaq, eyni zamanda ortaq kəşfiyyat inkişaf etdiriləcək. 

Qeyd edək ki, daha öncə İngiltərə bu layihənin həyata keçirilməsinə qarşı çıxırdı. Çünki İngiltərə AB-nin bu layihəsini Kanada, ABŞ, Yeni Zellandiya və Avstraliya ilə ortaq idarə etdiyi "Beş göz" layihəsinə rəqib görürdü. Lakin Brexit qərarından sonra buna əngəl olmaq fikri də aradan qalxdı.

"Beş göz" soyuq müharibə illərində SSRİ-nin fəaliyyətini izləmək məqsədilə yaradılmışdı.

AB-nin qərarına əsasən Fransa və İsveç Təcrübə və Qiymətləndirmə mərkəzləri arasındakı əlaqəni gücləndirməyə çalışacaq, AB bu mərkəzə liderlik edəcək. Həmçinin Fransa hərbi birliklərin yerləşdirilməsi, naviqasiya və zamanlama qabiliyyətlərinin artırılmasını hədəfləyən radio naviqasiyaya da nəzarət edəcək. Avstriya isə kimyəvi, bioloji, radioloji və nüvə hücumuna davamlılıq layihəsinə liderlik edəcək.
 
Çingiz Səfərli