Siyasət 16:21 14.06.2013

Abbas Abbasov İlham Əliyevə məktub yazdı

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Milli Qurtuluş Günü ilə bağlı ölkə başçısı İlham Əliyevə təbrik məktubu göndərib. 

Təbrik məktubunda deyilir:

“1997-ci ildən bəri hər il Azərbaycanda 15 iyun – Qurtuluş Günü qeyd edilir. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Ali Şurasının sədri seçilməsi, həqiqətən də, Azərbaycan xalqı üçün qurtuluş oldu. Bu, bizim ölkənin həyatında ən ağır dövrlərdən biri idi: respublika ətrafında xarici siyasət vakumu yaranmışdı, hakimiyyət institutları dağılırdı, ordu parçalanırdı, iqtisadiyyat çökürdü, respublika daxilində separatçı qüvvələr güclənirdi... Heydər Əliyevin hakimiyyətə gəlməsi və millətin sağlam qüvvələrini səfərbər etməsi vətəndaş müharibəsinin qarşısını aldı və ölkəmizi xilas etdi. 

Onun rəhbərliyi altında Azərbaycan dünyanın bir çox ölkələri, ən başlıcası isə Rusiya ilə əlaqələrin qurulması və sağlam münasibətlərin inkişafı kursuna start verdi. Heydər Əliyev tarixə ümummilli lider, qurucu, islahatçı və müasir Azərbaycan dövlətinin memarı kimi daxil oldu. O, müstəqil Azərbaycan Respublikasına inkişaf edən iqtisadiyyat, balanslaşdırılmış ictimai-siyasi, tolerant, xalqlararası və dinlərarası daxili, həmçinin uzaqgörən və çoxistiqamətli xarici siyasət miras qoydu. 

İlham Heydər oğlu, sizə və Azərbaycan xalqına ilk olaraq sabitlik və sülh, erməni silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycanın əzəli torpaqlarının qayıtması, milyonlarla azərbaycanlılar üçün ikinci vətən olan yaxın qonşumuz Rusiya ilə əməkdaşlığın, səmərəli və konstruktiv qarşılıqlı əlaqələrin gücləndirilməsini arzu edirəm”.

Qaynar.info