Siyasət 15:22 11.06.2013

Abbas Abbasovdan sərt açıqlama

Rusiya-Azərbaycan Təşkilatları İttifaqının rəhbəri və AzerRos Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun «Azerros»un saytında sərt bəyanatı dərc olunub.

Abbas Abbasov son bir neçə ayda Rusiya əleyhinə Azərbaycanda aparılan yalan kampaniyaya görə bəyanat verməyə məcbur olduğunu bildirib: 

“Mən istəyirəm ki, Azərbaycanın bəzi siyasətçi, jurnalisti, politoloqu tarixi vətənindən başqa ölkəyə gedən hər bir vətəndaşı haqqında məsuliyyəti hiss etsin.

Rusiyaya müxtəlif səbəblərə görə gedən insanların taleyi ilə oynamaqdan əl çəkin. Başa düşmürəm ki, bu çoxmillətli Rusiyada kimə lazımdır? Siz fikirləşmirsiz ki, bu çirkin kampaniyalardan sonra Rusiyada yaşayan həmvətəndaşlarımızı hansı təhlükə gözləyir?

Siz bilin ki, burda yaşayan insanlar üçün Rusiya ikinci vətən sayılır və onlar burada yaradılan şəraitdən razıdır. Onlar Azərbaycanda baş verən bu cür siyasi kampaniyalarda iştirak etmək istəmirlər. Sizin mübarizədə istifadə edəcəyiniz başqa silahınız yoxdur? Sizin istəyiniz budur ki, həmin insanlar həm Azərbaycanda, həm Rusiyada bu kampaniyaların iştirakçılarına çevrilsin. Əl çəkin onlardan. Rusiyanın sizin daxili işlərinizlə nə əlaqəsi var? Normal bir işlə məşğul olun. Bəsdirin. Azərbaycan milliyətçiliyini Rusiyada öldürməyə çalışmayın. Buna nə qədər dözmək olar?

Mən həmvətənlərimə müraciət edirəm. Əziz bacı və qardaşlar! Biz bu “vətəndaşlara” deməliyik ki, bizim taleyimizlə oynamağa onlara imkan verməyəcəyik. Korrupsiya, təhsil, səhiyyə, işsizlik kimi problemləri həll etməkdənsə, Rusiyanın simasında özlərinə düşmən uydurublar.

Bununla onlar Azərbaycanda olan siyasi sabitliyi pozmağa çalışırlar ki, hansı ki, bu xaosa səbəb olacaq və iki qardaş xalqı bir-birinə qarşı qoyacaq. Biz Rusiya azərbaycanlıları olaarq öz rəsmi etirazımızı bildiririk.

Biz qəti olaraq KİV-də yayımlanan yalan informasiyaları təkzib edir və bu cür çıxışların heç biri Rusiyada yaşayan azərbaycanlılar tərəfindən öz dəstəyini tapmayacaq.

Son günlər KİV-də ideoloji və təzyiqinə məruz qalan Rusiya Azərbaycan Təşkilatları İttifaqı  (RATİ) və “Azerros” kimi təşkilatların liderlərinə qarşı böhtanlı kampaniya aparılır.

Bizə məlumdur ki, bunun arxasında kim dayanır. Onların adlarını Azərbaycanda və Rusiyada bilirlər. Bizə məlumdur ki, bu prosesi necə maliyyələşdirirlər və kim  idarə edir. Biz burda öz mədəniyyətimizi, adət-ənənələrimizi çoxsaylı layihələrlə realaşdırmaq istəyirik.  Mən bütün xalqımızın birləşməsini istəyirəm”.(qafqazinfo)