Abel Məhərrəmov Almaniyaya aparıla bilər (YENİLƏNİB)

Abel Məhərrəmov Almaniyaya aparıla bilər (YENİLƏNİB)

 
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb. 

Qaynarinfo "Sputnik"ə istinadən xəbər verir ki, sabiq rektor ötən həftənin şənbə günü yüksək qan təzyiqi ilə bağlı Mərkəzi Kliniki Xəstəxanaya müraciət edib. Ona ürək çatışmazlığı diaqnozu qoyulub.

Həyatı üçün ciddi təhlükə olduğundan, A.Məhərrəmov dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadakı mənbənin verdiyi məlumata görə, sabiq rektor iki gün reanimasiyada qaldıqdan sonra səhhətində nisbətən yaxşılaşma qeydə alınıb və o, bu gün palataya köçürülüb. Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir. Bununla belə, mənbə Abel Məhərrəmovun Almaniyadakı xəstəxanalardan birinə köçürülmə ehtimalının olduğunu qeyd edib. O bildirib ki, hazırda Almaniya xəstəxanaları ilə bu barədə danışıq aparılır.

Abel Məhərrəmov 2018-ci il noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

*** 17.50

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. 

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR