Siyasət 12:02 29.01.2020

Abid Şərifov əsas fəaliyyətini açıqladı

Baş nazirin keçmiş müavini Abid Şərifov istirahət etməyə üstünlük verir.

Bu barədə A.Şərifov oxu.az-a açıqlamasında bildirib.

O deyib ki, səhhəti normaldır və hər şey qaydasındadır.

"Zəng edib maraqlandığınız üçün çox sağ olun. Hər şey yaxşıdır. Hazırda istirahət edirəm”,-deyə A.Şərifov əlavə edib.

Qeyd edək ki, A.Şərifov 20 iyul 1995-cü ildən 21 aprel 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.