Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə otel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.
Qaynarinfo-nun məlumatına görə, Unikal.org-a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib. O bildirib ki, Şəki şəhər icra hakimiyyəti tərəfindən istismara verilən "Şəki Park” oteli nəvəsinə məxsusdur:
"Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?"
Qeyd edək ki, "Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.
Şərhlər